Meri Hiqqins Klark 92 yaşında vəfat edib

Meri Hiqqins Klark 92 yaşında vəfat edib
# 01 fevral 2020 10:43 (UTC +04:00)

ABŞ-lı yazıçı Meri Hiqqins Klark 92 yaşında vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yazıçının qızı məlumat verib.

M.H.Klarkla vida yeri və zamanı hələ məlum deyil.

O, triller və detektiv janrında yazdığı əsərləri ilə tanınıb. Bundan başqa uşaqlar üçün də kitab yazıb. Yazıçının 40-dan çox əsəri bestseller olub, bəziləri isə ekranlaşdırılıb.

Kların qızının sözlərinə görə, anası öldüyü günə qədər yazmağa davam edib. Ötən ilin noyabr ayında növbəti kitabı çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR