Putin Çingiz Abdullayevi "Dostluq" ordeni ilə təltif edib

Putin Çingiz Abdullayevi "Dostluq" ordeni ilə təltif edib
# 21 may 2020 15:37 (UTC +04:00)

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev Rusiyanın "Dostluq" ordeni ilə təltif olunub.

AYB-dən APA-ya verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Ç. Abdullayev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələri və əməkdaşlığın möhkəmlənməsində xidmətlərinə görə təltif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR