Yazıçı Luis Sepulveda koronavirusdan vəfat edib

Yazıçı Luis Sepulveda koronavirusdan vəfat edib
# 16 aprel 2020 14:17 (UTC +04:00)

Çili yazıçı Luis Sepulveda koronavirusdan vəfat edib.

APA-nın "France 24"ə istinadən verdiyi xəbərə görə, tanınmış yazıçı İspaniyanını şimalında Oviedo şəhərindəki xəstəxanada dünyasını dəyişib.

Ömrünün çox hissəsini Avropada mühacirətdə keçirən, əsərləri ölkəsində və kənarda ən çox satılan çilili müəllif Sepulveda Portuqaliyada keçirilən kitab festivalından qayıtdıqdan sonra onda COVID-19-un simptomları aşkar olunub.
Yazıçı fevralın 25-də xəstəxanaya yerləşdirlmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR