Yazıçı-dramaturq Ülviyyə Heydərovanın pyesi Batumidə nümayiş olunacaq

Yazıçı-dramaturq Ülviyyə Heydərovanın pyesi Batumidə nümayiş olunacaq
# 24 noyabr 2020 17:55 (UTC +04:00)

Yazıçı-dramaturq Ülviyyə Heydərovanın Batumi Beynəlxalq Monodram Festivalında qalib gələn “Uşaqlıq” monopyesi bu yaxınlarda Batumidə nümayiş olunacaq.

Bu barədə APA-ya müəllif özü məlumat verib.

O bildirib ki, gürcü dilində təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Ketevan Samxaradze, əsas rolun ifaçısı isə Tbilisi Gənclər Teatrının aktrisası Aniko Şurqaiadır.

Təşkilat komitəsi Batumi Beynəlxalq Monodram Festivalını pandemiya səbəbindən onlayn rejimdə keçirməyi qərar alıb. Tamaşa Batuminin Acariya Televiziyası tərəfindən lentə alınıb və yaxın günlərdə nümayişi gözlənilir.

Qeyd edək ki, Ü. Heydərova bu pyeslə 2018-ci ildə Almaniyanın Potsdam şəhərində Höte İnstitutu tərəfindən keçirilən “Next Stage Europe -2018” gənc dramaturqların festivalında ölkəmizi təmsil edib. Həmin əsər Almaniyada Höte İnstitutu tərəfindən gənc dramaturqların əsərlərindən ibarət almanaxda dərc edilib. “Uşaqlıq” monopyesi, həmçinin 2019-cu ildə Moskvada keçirilən “XXI əsr- ilk hadisə” Müstəqil Beynəlxalq Müasir Dramaturgiya Müsabiqəsinin “Tənha artist” nominasiyanın uzun siyahısına daxil edilib. Bundan başqa, səhnə əsəri 2020-ci ildə Sumqayıt Dövlət Dram Teatrında Xalq artisti Firudin Məhərrəmovun quruluşunda tamaşaya qoyulub. Tamaşanın premyerası karantin rejimi bitəndən sonra keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR