Almaniyanın ən nüfuzlu ədəbiyyat mükafatı türk yazıçıya veriləcək

Emine Sevgi Özdamar

© APA | Emine Sevgi Özdamar

# 10 avqust 2022 16:51 (UTC +04:00)

Almaniyanın və almandilli ölkələrin ən nüfuzlu ədəbiyyat mükafatı olan “Georg-Büchner 2022” Almaniyada yaşayan türk əsilli yazıçı, teatr aktrisası və rejissoru Emine Sevgi Özdamara veriləcək.

APA “T24”ə istinadən xəbər verir ki, sözügedən mükafat yazıçıya noyabrın 5-də Darmstadtda keçirilən təqdimetmə mərasimində təqdim ediləcək.

Qeyd edək ki, “Georg-Büchmer”in mükafat fondu 50 min avrodur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR