Anar: AYB-nin qurultayına hazırlıq başa çatıb

Xalq yazıçısı Anar

© APA | Xalq yazıçısı Anar

# 09 avqust 2022 11:11 (UTC +04:00)

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar təşkilatın qurultayına hazırlıq məsələlərindən danışıb.

AYB sədri APA-ya bildirib ki, qurultaya hazırlıq prosesi yekunlaşıb.

“Hazırlıqlar yekunlaşıb. Gələn həftə Şabranda yerləşən Yaradıcılıq Evinə gedib oradakı vəziyyətlə tanış olacağam. Əgər uyğun şərait varsa, qurultay orada keçiriləcək”, - Anar vurğulayıb.

Xalq yazıçısı qurultayın tarixinə də toxunub.

“Qurultayı isə sentyabrın ikinci yarısında keçirməyi nəzərdə tutmuşuq”, – Anar qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR