Anar: "Nizamnamə ilə bağlı dəyişiklik olmayacaq, yenidən namizədliyimi verəcəyəm"

Anar Rzayev

© APA | Anar Rzayev

# 24 iyun 2022 16:05 (UTC +04:00)

“Yazıçılar Birliyinin qurultayının sentyabrın ortalarında keçirilməsi nəzərdə tutulur”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar deyib.

Sədr qurultayda yenidən namizədliyini irəli sürəcəyini bildirib: “Əgər etimad göstərərlərsə, sədrlik fəaliyyətimi davam etdirəcəyəm”.

O, Yazıçılar Birliyinin Nizamnaməsində də hər hansı dəyişikliyin edilməyəcəyini də vurğulayıb.

Qurultayın harada keçiriləcəyi məsələsinə gəldikdə isə Xalq yazıçısı deyib: “Qurultayın Şuşada keçirilməsini istəyərdik, amma Şuşadakı mövcud şərait, qurultay üçün lazımi zalın olmaması planımızı dəyişdi. Ona görə də qurultay ya Bakıda, ya da Şabranda, tikintisi bitmək üzrə olan Yaradıcılıq Evində keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR