AYB sədri Anar Əlisa Nicata maliyyə yardımı göstərəcək

Əlisa Nicat

© APA | Əlisa Nicat

# 01 dekabr 2022 14:09 (UTC +04:00)

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Əlisa Nicata maliyyə yardımı edəcək.

Bunu APA-ya açıqlamasında AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

O, Əlisa Nicatın Prezident təqaüdü almaması məsələsinə də toxunub: "İndiyə kimi Əlisa Nicat AYB-dən Prezident təqaüdü almayıb. Bunun üçün o özü müraciət edə bilərdi, etməyib. Amma, indiki halda, maddi vəziyyətini nəzərə alaraq, adı siyahıya salınacaq və gələn il üçün Prezident təqaüdü ala biləcək".

Qeyd edək ki, ötən gün sosial şəbəkədə azərbaycanlı yazıçı, tərcüməçi Əlisa Nicatın sosial durumunun aşağı olması barədə məlumat paylaşılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR