Ayxan Ayvazın romanı təqdim olunub - FOTO

Ayxan Ayvazın romanı təqdim olunub

© APA | Ayxan Ayvazın romanı təqdim olunub

# 07 iyun 2022 16:52 (UTC +04:00)

APA Media Group”da yazıçı Ayxan Ayvazın “Pəncərəsiz” adlı yeni kitabının təqdimat mərasimi olub.

APA xəbər verir ki, Kulis.az saytının baş redaktoru, şair Ulucay Akif Ayxan Ayvazın romanı haqqında təəssüratlarını bölüşüb.

APA Media Group”un rəhbəri Vüsalə Mahirqızı Ayxan Ayvazın romanını ağrılardan qurtulma cəhdi kimi qiymətləndirib: “Fikrimcə, Ayxan bu romanı içindəki ağrını çıxarmaq üçün və yeni mərhələyə adlamaq üçün yazıb. İnanıram ki, Ayxanın bundan sonrakı yaradıcılığında bu ağrılara yer olmayacaq və tamamilə yeni bir mərhələ və mətn hiss edəcəyik. Bu, təkcə Ayxanın yaradıcılığına deyil, bütövlükdə Azərbaycan ədəbiyyatından gözləntimdir”.

Yazıçı, jurnalist Mirmehdi Ağaoğlu romanın mövzusunun cəsarətli olduğunu qeyd edib: “Ayxan bu kitabında bizə hamımıza məlum olan və ağrısını illərdi içində daşıdığı intihar faciəsindən yazıb. Zənnimcə “Pəncərəsiz” həm də Ayxanın bu ağrılardan xilas cəhdidir. İnanıram ki, o, bundan sonra daha gözəl əsərlərlə bizi sevindirəcək”.

Ayxan Ayvaz isə romanın yazılmasının çətinliklərindən danışıb: “Bu roman 3 ilə yazılıb. Hesab edirəm ki, romanda demək istədiklərimin, heç olmasa, 60 faizinə nail olmuşam, yəni onları mətn şəklində ifadə edə bilmişəm. Roman təbliğ olunarsa, müəyyən bir kütlə qazana bilər, mən buna inanıram”.

Daha sonra Vüqar Babazadə, Rəvan Cavid, Murad Muradov, Samirə Əşrəf roman haqqında təəssüratlarını bölüşüblər.

Çıxışlar bitdikdən sonra müəllif oxucular üçün kitabını imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR