Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində tikinti işləri davam etdirilir

Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində tikinti işləri davam etdirilir
# 04 iyun 2019 11:55 (UTC +04:00)

Tovuz rayonunda Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində aparılan tikinti işləri davam edir.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilən işlərlə əlaqədar Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tikinti aparılan ərazidə olub, görülən işlərlə maraqlanıblar.

Bildirib ki, muzey binası üç mərtəbədən ibarət olacaq və müasir standartlara cavab verəcək. Azərbaycan aşıq sənətinin zəngin irsinin nümayiş olunacağı muzeydə bu sənət bağlı eksponatlar da xüsusi yer veriləcək.

Qeyd edək ki, muzeydə tikinti işlərinə 2013-cü ildə başlanılıb. Müəyyən fasilədən sonra binanın inşası davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR