“Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” kitabı işıq üzü görüb

“Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” kitabı işıq üzü görüb
# 07 sentyabr 2019 07:20 (UTC +04:00)

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Əliyevanın və Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımovanın birgə tərtibçiliyi ilə “Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” adlı biblioqrafik göstərici kitabı nəşr olunub.

AMEA-dan APA-ya verilən məlumata görə, kitabda 1906-1920-ci illərdə nəşr olunan 13 Azərbaycan satirik jurnalının səhifələrindəki gizli imzalar qeydə alınıb, onların işlənmə mənbələri göstərilib.

Nəşrin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğlu, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Zaman Əsgərli və filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoydur.

Kitab naməlum və gizli imzalarla çıxış edən Azərbaycan müəllifərinin ədəbi irsinin müəyyən edilməsi və toplanılması istiqamətində tədqiqatçıların istinad edəcəkləri mənbə kimi yararlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR