Azərbaycanla İran arasında kitab sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

Akif Mariflinin Ali Ramezani ilə görüşü

© APA | Akif Mariflinin Ali Ramezani ilə görüşü

# 16 may 2022 10:46 (UTC +04:00)

İran İslam Respublikasında təşkil olunan 33-cü Tehran Beynəlxalq Kitab sərgisi çərçivəsində Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli ilə Tehran Beynəlxalq Kitab Sərgisinin vitse-prezidenti, İran Kitab və Ədəbiyyat Evinin direktoru Ali Ramezani arasında görüş olub.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında kitab sənayesi və ədəbiyyat sahəsi üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub.

Bakı və Tehran beynəlxalq kitab sərgilərində qarşılıqlı fəaliyyət və nəşriyyat evlərinin təmsil olunması, kitab sənayesi sektoru üzrə əməkdaşlıq, ədəbiyyat sahəsində əlaqələrin genişləndirilməsi, Azərbaycan və İran yazarlarının əsərlərinin tərcümə mübadiləsi müzakirəyə çıxarılan əsas məsələlərdən olub.

Qeyd edək ki, 33-cü Tehran Beynəlxalq Kitab Sərgisi may ayının 21-ə kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR