BAU-da “Ərəbşünaslıq mərkəzi”nin açılış mərasimi keçirilib - VİDEO

BAU-da “Ərəbşünaslıq mərkəzi”nin açılış mərasimi keçirilib - VİDEO
# 11 iyul 2019 11:44 (UTC +04:00)

Bakı Avrasiya Universiteti (BAU) və Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin əməkdaşlığı çərçivəsində universitetdə yaradılan “Ərəbşünaslıq mərkəzi”nin açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, universitetin tədris işləri üzrə prorektoru Nigar Hüseynli bildirib ki, 2019-cu ilin fevralında mərkəzin təsis edilməsi ilə bağlı BAU və beynəlxalq mərkəz arasında müqavilə imzalanıb.

Onun sözlərinə görə, universitetdəki ərəb dili kursunun tədrisi 80 tələbə üçün nəzərdə tutulsa da, kursa 200-dən çox müraciət daxil olub.

Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin baş katibi doktor Abdullah əl-Vəşmi bildirib ki, ərəb dili mədəniyyətlər arasında dialoqun qurulmasında mühüm rola malikdir.

O qeyd edib ki, BAU ilə əməkdaşlıq çərçivəsində mərkəzdə kursların təşkili, tədris materiallarının çapı və tərcüməsi sahəsində işlər görüləcək.

Abdullah əl-Vəşmi onu da vurğulayıb ki, mərkəzin nəzdindəki kurslarda uğur qazanan bir neçə tələbənin 7-10 günlük müddətinə Ciddədə yerləşən Kral Əbdüləziz adına kursa dəvət olunacaq.

Daha sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Həməd bin Abdullah bin Xudeyr çıxış edib. Səfir mərkəzin ərəb dilinin tədris və tədqiqatı sahəsində uğurlu fəaliyyət göstərəcəyinə inandığını ifadə edib.

Diplomat bildirib ki, mərkəzin fəaliyyəti yalnız Azərbaycanı deyil, Mərkəzi Asiya ölkələrini də əhatə edəcək.

Açılışdan sonra “Azərbaycan və Mərkəzi Asiyada ərəb dili” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR