BŞİH-də “Böyük qayıdış” kitabının təqdimatı keçirilib

“Böyük qayıdış” kitabının təqdimatı

© APA | “Böyük qayıdış” kitabının təqdimatı

# 26 yanvar 2022 14:28 (UTC +04:00)

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Böyük qayıdış” kitabının təqdimatı keçirilib.

BŞİH-nin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, yeni kitab Qələbədən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərlərindəki çıxışlarının toplusudur.

O, deyib ki, ölkə başçısının hər bir çıxışı dərin elmi-tarixi əhəmiyyət daşıyır: “Bu gün bu dahi şəxsiyyətin siyasəti nəticəsində azad edilmiş torpaqlarda aktiv bərpa prosesi aparılır və Azərbaycan özünün yeni və şanlı tarixini yazır”.

Tədbirdə RİH-lərinə Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə orta məktəblərdə Qarabağ həqiqətləri, Şanlı Qələbəmiz, Prezident İlham Əliyevin çoxşaxəli siyasi və sərkərdəlik fəaliyyətinin gənclər arasında təbliğinin gücləndirilməsi ilə bağlı tövsiyələr verilib.

Təqdimat mərasimində çıxış edən AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov, Milli Məclisin deputatları Aydın Hüseynov və Azər Badamov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, qazi Famil Məlikov və digər çıxışçılar çap edilən yeni kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin müharibədən sonrakı dövrdə azad edilən ərazilərdəki bərpa işləri, burada tam yeni infrastrukturun yaradılması və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışı proseslərinın öyrənilməsində mühüm rol oynayacağını vurğulayıb, kitabın bu işlərin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcəyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR