"Cəlil Məmmədquluzadə 150 il məqalələr, esselər, müsahibələr, şeirlər" kitabı nəşr olunub

"Cəlil Məmmədquluzadə 150 il məqalələr, esselər, müsahibələr, şeirlər" kitabı nəşr olunub
# 05 oktyabr 2019 15:02 (UTC +04:00)

Böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin 150 illiyi ilə bağlı, "Cəlil Məmmədquluzadə 150 il məqalələr, esselər, müsahibələr, şeirlər" kitabı nəşr olunub.

APA-nın məlumatına görə, kitab dahi Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə tərtib olunub. Ötən əsrin 60-70-ci illərindən bəri müəyyən kitablarda, qəzetlərdə, jurnallarda, saytlarda və digər elektron resurslarda Cəlil Məmmədquluzadə haqqında yazılıb. Kitabda Prezident İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyi keçirilməsi ilə bağlı sərəncamı, ümummilli lider Heydər Əliyevin Cəlil Məmmədquluzadənin 125 illik tədbirindəki nitqi, 93 məqalə, 13 esse, 8 müsahibə, 8 müxtəlif şairinin yaradıcılığına aid 30 şeir yer alıb.

Qeyd edək ki, kitabın baş redaktoru akademik İsa Həbibbəyli, tərtibçisi və nəşrə hazırlayan AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov, elmi redaktoru professor Asif Rüstəmli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, rəyçiləri professor Tehran Mustafayev, dosent Şəmil Sadiqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR