Ədəbiyyat üzrə Nobel mükafatı qalibinin adı açıqlanıb

Ədəbiyyat üzrə Nobel mükafatı qalibinin adı açıqlanıb
# 08 oktyabr 2020 15:04 (UTC +04:00)

Bu gün 2020-ci il ədəbiyyat üzrə Nobel mükafatı qalibinin adı açıqlanıb.

APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat amerikan şair Luiza Qlüka (Louise Glück) verilib.

Luiza Qlük bu mükafata "Sərt gözəlliyi ilə fərdi varlığı universal hala gətirən səhvsiz poetik səsinə görə" layiq görülüb.

Qeyd edək ki, Luiza Qlük 1943-cü ildə Nyu-Yorkda Avstriya-Macarıstan İmperiyasından köçmüş yəhudi ailəsində anadan olub.

O, Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının üzvü, Amerika Şairləri Akademiyasının kansleridir. Qlük bir sıra mükafatların sahibidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR