Dendrologiya İnstitutunda Sergey Yeseninin 124 illiyi qeyd edilib

Dendrologiya İnstitutunda Sergey Yeseninin 124 illiyi qeyd edilib
  • Clock-gray 17:28
  • calendar-gray 03 Oktyabr 2019

Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 124-cü ildönümünə həsr edilən ədəbi-musiqili tədbir keçirilib.

APA-nın məlumatına görə, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, “Sergey Yesenin” adına Azərbaycan-Rus Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşları və məktəblilər iştirak ediblər.

Mərasimi muzeyin elmi işçisi Ceyran Qənbərli açaraq tədbirin ənənəvi hal aldığını və 1972-ci ildən etibarən S.Yeseninin yaradıcılığının burada qeyd olunduğunu söyləyib: “1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü nəticəsində Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının iştirakı ilə Mərdəkanda Sergey Yeseninin ev muzeyi açılıb. Muzey zəngin eksponatlara malikdir. Burada qorunan əşyalar ədibin əsasən Moskva, Sankt-Peterburq və Bakıda yaşadığı dövrləri əhatə edir”.

C.Qənbərli, həmçinin Rusiyanın ölkəmizdəki sabiq səfiri Vladimir Doroxin tərəfindən şairin əlyazmalarının muzeyə hədiyyə olunduğunu vurğulayıb.
Daha sonra Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Viktor Korobov, Rusiya Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova və digərləri çıxış edərək S.Yeseninin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Sonda məktəblilər şairin əsərlərindən nümunələr səsləndiriblər.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date