Əli Kərimin yeni nəşr olunmuş kitablarının təqdimatı və xatirə gecəsi keçirilib - FOTO

Əli Kərimin yeni nəşr olunmuş kitablarının təqdimatı və xatirə gecəsi keçirilib - FOTO
# 28 yanvar 2023 10:40 (UTC +04:00)

Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Əli Kərimin Azərbaycan, türk və rus dillərində nəşr olunmuş kitablarının təqdimatı və şairin xatirə gecəsi keçirilib.

APA xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən təqdimat mərasimində Milli Məclisin deputatı Qənirə Paşayeva, Mətbuat Şurasının sədri, şair Rəşad Məcid və bir çox mədəni-ictimai xadimlər, eyni zamanda, türk dünyasından olan ədəbiyyat nümayəndələri iştirak edib.

Millət vəkili Qənirə Paşayeva Əli Kərim yaradıcılığının orijinallığından bəhs edib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Əli Kərim yaradıcılığını unudulmaz adlandırıb: “Əli Kərim Azərbaycan poeziyasında dərin iz buraxmış, özünün ayrıca dəst-xətti olan unudulmaz bir şairdir. Şair yaşadığı qısa ömürdə olduqca böyük yaradıcı nümunələr ərsəyə gətirib”.

Mətbuat Şurasının sədri, şair Rəşad Məcid Əli Kərim yaradıcılığındakı poetik mövzuların çeşidli olduğunu diqqətə çatdırıb: “İstər ana mövzusu, istər sevgi, istər ata mövzusu və digər bütün mövzularda Əli Kərim ən yaxşını yazmağı bacarıb”.

Çıxışlar bitdikdən sonra tədbir bədii hissə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR