Əziz Səncər Nizami Gəncəvi adına Qızıl Medala layiq görülüb - FOTO

Əziz Səncər Nizami Gəncəvi adına Qızıl Medala layiq görülüb - FOTO
# 22 dekabr 2021 14:14 (UTC +04:00)

Bu gün “Nizami Gəncəvi İli”nin Azərbaycan nizamişünaslığı” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Xüsusi iclası keçirilib.

APA-nın xəbərinə görə, əvvəlcə “Nizami Gəncəvi İli”ndə AMEA-da nəşr edilmiş kitabların və rəsm əsərlərinin sərgisinə baxış keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Nizami Gəncəvi İli” çərçivəsində AMEA-nın gördüyü işlər haqqında danışıb.

O qeyd edib ki, AMEA-nın əməkdaşlarının iştirakı ilə Nizami Gəncəvi haqqında 45 monoqrafiya çap olunub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin məruzəsi dinlənilib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev müvafiq qərarlarına əsasən Nizami Gəncəvi irsinin öyrənilməsi, onun beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm işlər görülüb.

Sonra Nizami Gəncəvi ilində AMEA-nın nəşrləri haqqında slayd təqdim olunub.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov qeyd edib ki, şairin bundan öncəki yubileyləri bir neçə gün keçirilib: “Ancaq bu il Prezident İlham Əliyevin Sərəncamına əsasən, bütün il “Nizami Gəncəvi İli”, ədəbiyyat bayramı elan edildi. Orta əsrlərdə yaşamış şairlərimizi tanımaq üçün biz təzkirələrə üz tuturuq. Nizami yeganə şairdir ki, yazılan təzkirələrin hamısında dahi kimi təqdim olunur. Nizami Gəncəviyə bu gün də hücumlar var. Çünki Nizamı ilə Azərbaycan böyük görünür”.

Daha sonra Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı Ramiz Mehdiyevə təqdim olunub.

Əcnəbi alimlərdən isə bu medala Nobel mükafatı laureatı Əziz Səncər layiq görülüb.

Sonda Fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında" 5 yanvar 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR