Gələn həftə AYB-nin qurultayının dəqiq tarixi elan olunacaq

Gələn həftə AYB-nin qurultayının dəqiq tarixi elan olunacaq
# 03 oktyabr 2022 18:22 (UTC +04:00)

Oktyabrın 15-də Azərbaycan Yazıçılar Birliyinin qurultayının dəqiq tarixi, oktyabrın 22-də isə qurultay nümayəndələrinin siyahısı elan olunacaq.

Bu barədə APA-ya AYB-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün Azərbaycan Yazıçılar Birliyində katibliyin növbəti toplantısı keçirilib. Toplantı qurultayqabağı hazırlıq işlərinin müzakirəsinə həsr edilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ilə bağlı təkliflərini səsləndirib.

O təklif edib ki, bu münasibətlə Yazıçılar Birliyi tərəfindən iki kitab hazırlansın. Sonra AYB sədri Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidi Azərbaycan Mətbuat Şurasına sədr seçilməsi münasibətilə toplantı iştirakçıları adından təbrik edib. Bildirib ki, Rəşad Məcid eyni zamanda, Yazıçılar Birliyindəki vəzifəsini də icra edəcək.

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayına hazırlıq məsələlərilə bağlı müzakirələr davam etdirilib, dəvət ediləcək yerli və xarici qonaqlaırın siyahısı müzakirə edilib. Qərara alınıb ki, oktyabrın 15-də qurultayın dəqiq tarixi, oktyabrın 22-də isə qurultay nümayəndələrinin siyahısı “Ədəbiyyat qəzeti”ndə çap edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR