I Respublika Sənətkarlıq Festivalı çərçivəsində “Azərbaycan Xalq Sənətkarlığı” adlı geniş kitab sərgisi açılıb - FOTO

I Respublika Sənətkarlıq Festivalı çərçivəsində “Azərbaycan Xalq Sənətkarlığı” adlı geniş kitab sərgisi açılıb - FOTO
  • Clock-gray 22:18
  • calendar-gray 03 İyul 2019

İyul ayının 3-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada I Respublika Sənətkarlıq Festivalı çərçivəsində “Azərbaycan Xalq Sənətkarlığı” adlı geniş kitab sərgisi açılıb.

APA xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev sərgiylə tanışlıqdan sonra xalq sənətkarlıq incilərini əks etdirən belə dəyərli kitabların nəşrinin vacibliyini qeyd edərək,  “Azərbaycan xalçaları Qarabağ qrupu”, “Azərbaycan xalçaları İrəvan qrupu” kimi kitabların nəfis tərtibatda və müxtəlif dillərdə nəşr edilməsini yüksək qiymətləndirib.

Sərgidə Azərbaycan xalq sənətkarlığının zəngin nümunələrini əks etdirən xalçaçılıq, toxuma və bədii tikmə, kəlağayı, milli geyim nümunələri, boyaqçılıq, dulusçuluq, xəttatlıq və digər incəsənət növlərinə dair Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar nümayiş olunur.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date