Kazuo İşiquronun romanı əsasında serial çəkiləcək

Kazuo İşiquro

© APA | Kazuo İşiquro

# 12 may 2022 09:44 (UTC +04:00)

Nobel mükafatı laureatı Kazuo İşiquronun “Məni əsla tərk etmə” romanı əsasında serial çəkiləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ekran işi FX telekanalı tərəfindən istehsal ediləcək.

Serialın ssenarisi Melissa İkbal yazacaq. Serialın nə zaman ekranlara çıxacağı məlum deyil.

Qeyd edək ki, roman əsasında 2010-cu ildə eyni adlı film çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR