"Kulis"də “İlin hekayəsi” müsabiqəsinə qəbul başlayıb

"Kulis"də “İlin hekayəsi” müsabiqəsinə qəbul başlayıb
# 16 noyabr 2022 16:27 (UTC +04:00)

Kulis.az bu gündən etibarən “İlin hekayəsi” müsabiqəsinə start verir.

APA xəbər verir ki, müsabiqəyə yalnız bu il dərc olunan və yaxud ümumiyyətlə heç bir yerdə dərc olunmayan hekayələr qəbul edilir.

İştirakçılar hekayə ilə birlikdə özləri haqqında məlumatı (ad, soyad, telefon və foto) [email protected] mail ünvanına göndərməlidirlər.

Hər bir iştirakçı müsabiqəyə yalnız bir hekayə göndərə bilər. Mövzu və yaş məhdudiyyəti yoxdur. Hekayələrin qəbulu dekabr ayının 10-a qədər davam edəcək.

Qeyd olunan tarixdən sonra göndərilən hekayələr müsabiqəyə qəbul edilməyəcək. Müsabiqə üçün göndərilən bütün hekayələr Kulis.az saytında yayımlanacaq. Sayt oxucularının “online” səsvermə ilə bir nəfəri qalib seçmək imkanı olacaq. Qalibləri Kulis.az-ın müəyyənləşdirdiyi 4 münsif seçəcək. Münsiflər heyəti müsabiqə qaliblərinin adının açıqlandığı mərasimdə bəlli olacaq.

Müsabiqədə:

I yerin qalibi – Notbuk və xüsusi hədiyyələr;

II yerin qalibi – Smartfon və xüsusi hədiyyələr;

III yerin qalibi – Poketbuk (planşet) və xüsusi hədiyyələrlə mükafatlandırılacaqlar.

Kulis.az oxucuları tərəfindən seçiləcək hekayə müəllifi isə smart saat və xüsusi hədiyyələrlə mükafatlandırılacaq.

Müsabiqə “İrşad Electronics” şirkətinin baş sponsorluğu, Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin, “LIBRAFF” kitab mağazaları şəbəkəsinin və “Pintravel” şirkətinin sponsorluğu ilə təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR