"LIBRAFF"da "Fəlsəfə gecəsi" keçirilib - FOTO

"LIBRAFF"da "Fəlsəfə gecəsi" keçirilib - FOTO
# 18 noyabr 2022 15:16 (UTC +04:00)

“LİBRAFF”ın ˝Park Akademiya˝ filialında Dünya Fəlsəfə Günü münasibətilə "Fəlsəfə gecəsi" keçirilib.

APA xəbər verir ki, tədbirin qonağı görkəmli filosof, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, Beynəlxalq Fəlsəfə Araşdırmaları Mərkəzinin rəhbəri Səlahəddin Xəlilov (Əbu Turxan) olub.

O, ˝Fəlsəfə və milli özünüdərk˝ haqqında danışaraq ˝Fəlsəfə nədir?”, “Bizə fəlsəfə lazımdırmı?”, “Fəlsəfə və milli şüur, fəlsəfə və elm, fəlsəfə və din, fəlsəfə və ədəbiyyat, fəlsəfə təhsili və təhsilin fəlsəfəsi˝ mövzuları ətrafında qonaqlarla müzakirələr aparıb.

Hər kəsə açıq olan tədbirdə tanınmış ictimai şəxslər, professorlar, filosoflar və çoxlu sayda fəlsəfə sevərlər iştirak edib.

Tədbirin sonunda iştirakçıların sualları filosof tərəfindən cavablandırılıb. Müəllif oxucular üçün kitablarını imzalayaraq xatirə fotoları çəkdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR