Mario Varqas Llosanın Gürcüstan səfəri təxirə salınıb

Mario Varqas Llosanın Gürcüstan səfəri təxirə salınıb
  • Clock-gray 18:26
  • calendar-gray 06 Sentyabr 2019

Nobel mükafatı laureatı, 82 yaşlı perulu yazıçı Mario Varqas Llosanın Gürcüstan səfəri təxirə salınıb.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, yazıçının gürcü dilinə tərcüməçisi Lana Kalandiya bunu Gürcüstan Milli Kitab Mərkəzi və Yazıçılar Evinin ləğv edilməsi ilə əlaqələndirib. 

Llosanın kitabını gürcü dilində nəşr edən “İntellekt” nəşriyyatı yazıçının Gürcüstanda verəcəyi mühazirələrin biletlərinin əksəriyyəti satıldıdğından, danışıqları davam etdirmək qərarına gəlib. Nəşriyyat yazıçının Tbilisiyə səfərini 2020-ci ilə keçirmək niyyətindədir. 

Qeyd edəkk ki, Mario Varqas Llosanın sentyabrın 17-də Gürcüstana səfəri planlaşdırılırdı. O, burada gürcü dilinə tərcümə olunan “Kilsədə söhbət” kitabının imza günündə iştirak edəcək və məruzə oxuyacaqdı. Xatırladaq ki, Milli Kitab Mərkəzi Gürcüstan Təhsil, Elm, Mədəniyyət  və İdman Nazirliyi tərədindən ləğv edilib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date