Xalq yazıçısı Elçinin yeni kitabı çap olunub

Xalq yazıçısı Elçinin yeni kitabı çap olunub
  • Clock-gray 16:15
  • calendar-gray 28 Oktyabr 2019

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin seçilmiş hekayələrindən ibarət “Qırx beş (seçilmiş hekayələr)” adlı kitab  işıq üzü görüb.

APA-nın məlumatına görə, kitabda ədibin qırx beş hekayəsi toplanıb. 

Geniş oxucu auditoriyasına ünvanlanan hər bir hekayədə dünənin və bu günün gerçəklikləri, ailə və məişət qayğıları işıqlandırılır. Yeni mövzuları, gözlənilməz süjet kompozisiyaları ilə fərqlənən, insan obrazları ilə zəngin olan bu hekayələrdə Elçin yaradıcılığının özünəməxsusluğu qabarıq şəkildə görünməkdədir. 

Kitabda toplanan hekayələr bu günə qədər dünyanın bir çox dillərinə tərcümə olunub, onların əsasında filmlər çəkilib və tamaşalar hazırlanıb.

“Təhsil” nəşriyyatında çap edilən kitab Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalara paylanılacaq.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date