Milli Kitabxanada Qazaxıstan Ədəbiyyat və Mədəniyyət Mərkəzi açılıb

Milli Kitabxanada Qazaxıstan Ədəbiyyat və Mədəniyyət Mərkəzi açılıb
# 28 sentyabr 2019 12:06 (UTC +04:00)

Bakı şəhərində keçirilən VI Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkası çərçivəsində M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında Qazaxıstan Ədəbiyyat və Mədəniyyət Mərkəzi açılıb.

APA-nın xəbərinə görə, Mərkəzdə Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevin fəaliyyətinə, dünya arenasındakı roluna həsr olunan kitablar, o cümlədən məşhur qazaxıstanlı yazıçıların əsərləri təqdim olunub. Ümumilikdə kitabxanaya 200 kitab hədiyyə edilib.

Mərkəzin açılışında H.Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, TÜRKSOY baş katibi Düsen Kaseinov, Qazaxıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Darxan Kuşerbayev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Qazaxıstan Milli Akademik Kitabxanasının rəhbər müavini Aliya Kojabayeva və digərləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR