Moskvada "Faşizm üzərində qələbədə Azərbaycanın töhfəsi" kitabının təqdimatı keçirilib - FOTO

Moskvada "Faşizm üzərində qələbədə Azərbaycanın töhfəsi" kitabının təqdimatı keçirilib - FOTO
# 21 dekabr 2022 12:41 (UTC +04:00)

Moskvada "Faşizm üzərində qələbədə Azərbaycanın töhfəsi" kitabının təqdimatı keçirilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, təqdimat Rusiya Müdafiə Nazirliyinin M.V.Frunze adına Mərkəzi Evində baş tutub.

Moskvanın Oçakovo-Matvey rayonu üzrə yerli milli mədəni muxtariyyəti tərəfindən təşkil olunan tədbirdə Moskvanın Müharibə Veteranları Komitəsinin üzvləri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirdə İkinci Dünya müharibəsində Azərbaycanın faşizm üzərində əldə olunan qələbəyə töhfəsindən, ölkəmizin həm insan resursları ilə, həm də maddi sərvəti olan neftlə bəşəriyyətin nasizm ideologiyasından xilas olunmasında oynadığı roldan ətraflı söhbət açılıb.

Azərbaycan diasporunun sədri Əli Kazımov tərəfindən "Faşizm üzərində qələbədə Azərbaycanın töhfəsi" kitabı Rusiya Ordusunun Mərkəzi Evinə hədiyyə edilib.

Daha sonra tədbir iştirakçıları rəssamlar S. Borisov və N.Muxinin əsərlərindən ibarət sərgiyə baxıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR