Moskvada Nəsimiyə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO

Moskvada Nəsimiyə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO
# 01 noyabr 2019 13:59 (UTC +04:00)

Rusiya Elmlər Akademiyasında Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsimin 650 illik yubileyi çərçivəsində “Nəsimi poeziyası – insana himn: Şərqin və Qərbin mənəvi-mədəni dəyərlərinin sintezi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, konfrans Heydər Əliyev Fondu, Rusiya Fəlsəfə Cəmiyyəti və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Fəlsəfə İnstitutunun direktoru Andrey Smirnov, Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi rəhbəri Abdulsalam Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə və başqaları çıxış ediblər.

“Müasir fəlsəfə, Nəsiminin mədəni-tarixi metodologiyaları və mənəvi irsi”, “Nəsimi ideyaları və hürufilik: anlayış məsələləri və müasir interpretasiya”, “Nəsimi yaradıcılığında humanizm problemi”, Nəsimi poeziyasında insan və mədəni dəyərlərin təsdiqi”, Nəsimi estetikasında mənəvi kamillik” və digər mövzularda məruzələr dinlənilib.

Konfransda Rusiya, Azərbaycan, ABŞ, İran, Türkiyə, Finlandiya və Özbəkistandan olan alimlər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR