Musa Yaqubun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Musa Yaqub

© APA | Musa Yaqub

# 26 aprel 2022 16:29 (UTC +04:00)

Bu gün mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsi ucaldılıb.

Bu barədə APA-ya şairin nəvəsi Rüfət Qarazadə məlumat verib.

O bildirib ki, abidənin açılışı mayın 7-də, mərhum şairin vəfatının ildönümündə baş tutacaq.

Qeyd edək ki, Musa Yaqub ötən il mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində vəfat edib. O, vəsiyyətinə uyğun olaraq kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Xatırladaq ki, heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR