Nəsiminin ardıcılı Zövqinin divanının surəti tapılıb

Nəsiminin ardıcılı Zövqinin divanının surəti tapılıb
# 28 oktyabr 2019 13:13 (UTC +04:00)

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov Paris Milli Kitabxanasından XVII əsrdə yaşamış, adı ədəbiyyat tariximizə düşməmiş Azərbaycan şairi Zövqinin anadilli lirik şeirlər toplusu - divanının surətini əldə edib.

İnstitutdan APA-ya bildirilib ki, 1687-ci ildə köçürülmüş, 168 vərəqdən ibarət bu divanda şairin qəzəl, mürəbbe, müxəmməs və müstəzadları toplanıb. Vərəqlərin kənarlarında və divanın sonunda onun farsca şeirləri də var.

Zövqinin şeirlərində hürufiliyin, xüsusilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin güclü təsiri görünür. Onun 134 qəzəlindən 64-ü Nəsimi şeirlərinə nəzirədir. Bundan başqa, şairin Füzuli yaradıcılığından da təsirləndiyi görünür. Onun divanında Füzuli şeirlərinə 18 nəzirə vardır. Əsər XVII əsr Azərbaycan ədəbiyyat tarixinin araşdırılması baxımından böyük maraq kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR