Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib

Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib
# 20 sentyabr 2019 11:23 (UTC +04:00)

Bu il Nobel mükafatı laureatlarının adları 7-14 oktyabr aralığında elan olunacaq.

APA-nın Nobel Komitəsinə istinadən verdiyi xəbərə görə, Nobel həftəsi oktyabrın 7-də Fiziologiya və tibb sahəsində Nobel mükafatının qalibinin elan edilməsi ilə başlayacaq.

Oktyabrın 8-də Fizika üzrə Nobel mükafatı, oktyabrın 9-da isə Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.

Oktyabrın 10-da 2018 və 2019-cu illər üçün Ədəbiyyat üzrə Nobel mükafatçılarının adları məlum olacaq.

Oktyabrın 10-da Sülh üzrə, oktyabrın 14-də isə İqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

Qeyd edək ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR