"Peşəkarlığın rəsmi" kitabının təqdimat mərasimi keçirilib - FOTO

"Peşəkarlığın rəsmi" kitabının təqdimat mərasimi keçirilib  - FOTO
# 12 yanvar 2022 21:25 (UTC +04:00)

Tanınmış jurnalist Səmayə Məmmədovanın "Peşəkarlığın rəsmi" kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən ssenarist, publisist Nadir Bədəlov kitab haqqında təəssüratlarını bölüşüb. O bildirib ki, kitabın adı xüsusilə diqqət çəkir: "Peşəkarlıq haqqında çox yazılır. Mən inanıram ki, bu kitab vasitəsilə yeni bir Səmayə kəşf edəcəm".

Əməkdar jurnalist Şəlalə Həsənova deyib ki, kitabda PR sahəsində çalışanlar üçün olduqca maraqlı məqamlar var: "Kitab o zaman maraqlıdır ki, onun arxasında zəka dayanır. Kitab o zaman heyranedicidir ki, içində ürək çırpıntısı hiss olunur. Bu əsər istedadlı bir əsərdir. Kitabda olan PR haqqında maraqlı düşüncələr, dərin, mükəmməl mülahizələr bizim də bilgilərimizi dərinləşdirir. PR özü bölünməz bir prosesdir. Kitabın yaxşı cəhətlərindən biri odur ki, burada reallığı əks etdirən çox maraqlı tezislər, lövhələr var".

Müəllif Səmayə Məmmədova çıxışında kitabın yazılma prosesi haqqında bəhs edib və ona prosesdə yardımçı olan insanlara təşəkkürünü bildirib: "Zaman ayırıb bura gələn hər kəsə minnətdarlığımı bildirirəm. Bu gün mənim üçün olduqca önəmlidir. Mən çox xoşbəxtəm ki, Tanrı mənim qarşıma gözəl insanlar çıxarıb".

Qeyd edək kitabda jurnalist Səmayə Məmmədova 22 illik media təcrübəsini bölüşür. Kitab media və PR sahəsində çalışmaq istəyənlər üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR