Qazaxıstanda Yazıçılar Forumu işə başlayıb

Qazaxıstanda Yazıçılar Forumu işə başlayıb
# 04 sentyabr 2019 13:10 (UTC +04:00)

Bu gün Nur-Sultan şəhərində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin də iştirak etdiyi "Yazıçılar Forumu" işə başlayıb.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, "Birgə köklər, birgə dünyaya baxış, birgə sivilizasiya" devizi altında keçirilən birinci forumda Nobel laureatları da daxil olmaqla bir sıra məşhur yazıçılar iştirak edib.

Çıxışda Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Asiya ölkələri xalqların birliyini qorumaq üçün birləşməlidir. Eyni zamanda, prezident "Asiya nəhəngi" adlı ədəbiyyat mükafatını da təsis etməyə təklif edib.

Birinci dəfə keçirilən Forumda ədəbiyyatla bağlı müxtəlif məsələlərin müzakirə olunması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycandan bu Forumda Yazıçılar Birliyinin sədri Anar Rzayev, qurumun mətbuat katibi Xəyal Rza iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR