Qədim mətnlərdə erməni saxtakarlıqları mövzusunda vebinar keçirilib

Qədim mətnlərdə erməni saxtakarlıqları mövzusunda vebinar keçirilib
# 22 aprel 2022 16:50 (UTC +04:00)

Bu gün Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında” mövzusunda konfrans-vebinar keçirilib.

Agentlikdən APA-ya verilən xəbərə görə, vebinarda dövlət orqanlarının rəsmiləri, millət vəkilləri, elm və təhsil müəssisələrinin əməkdaşları, sahə üzrə ekspertlər və digər şəxslər onlayn rejimdə qoşularaq iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə hər il keçirilən konfransların hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa edilməsi məqsədini daşıdığını qeyd edərək bu vebinarın da erməni mifomaniyasını tarixi sübutlarla, elmi dəlillərlə və danılmaz faktlarla ifşa etmək missiyasının davamı olduğunu bildirib.

Vebinarın giriş hissəsində mədəniyyət naziri Anar Kərimov və digərləri də çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar.

Sonra professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında”, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun “Şuşaya dair erməniləşdirmə cəhdləri: tənqidi təhlil”, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun “Azərbaycan folkloru ilə bağlı erməni saxtakarlığı”, politoloq-tədqiqatçı Fuad Axundovun “Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan irsinin məhv edilməsi indiki Ermənistan ərazisində aparılan çoxəsrlik siyasətin davamı kimi”, Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlilinin “Albaniyanın Uti vilayətinin qədim sakinləri suvar-sabirlər” mövzularında məruzələri dinlənilib.

Müzakirələr zamanı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev də çıxış edərək müzakirə edilən məsələ ilə bağlı fikirlərini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR