Qırğızıstan səfiri: Çingiz Aytmatovun xatirəsinin Azərbaycanda əbədiləşdirilməsi zaman məsələsidir

Çingiz Aytmatov

© APA | Çingiz Aytmatov

# 02 fevral 2023 14:04 (UTC +04:00)

Dahi həmyerlimiz, yazıçı Çingiz Aytmatov Azərbaycana hər zaman böyük hörmətlə yanaşırdı.

Bunu APA-ya müsahibəsində Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev deyib.

“Bildiyim qədəri ilə onun Ümummilli Lider Heydər Əliyevlə dostluq münasibətləri olub. Çingiz Aytmatovun yaradıcılığına öz vətənində olduğundan heç də az olmayaraq Azərbaycanda ehtiramla yanaşılıb, məncə hazırda da hörmətlə yanaşılır.

Çingiz Aytmatov vəfatından az müddət öncə, 2008-ci ildə Azərbaycana son səfəri zamanı Prezident İlham Əliyevlə görüşüb və “Dostluq” ordeni ilə təltif edilib. Çingiz Aytmatovun xatirəsinin Azərbaycanda əbədiləşdirilməsi zaman məsələsidir və mən belə hesab edirəm ki, çox güman bu il, onun 95 illik yubileyinin qeyd olunduğu ildə baş tutacaq. Bu məsələ ən yüksək səviyyədə müzakirə edilib və dəstəklənib. Qırğızıstan səfirliyi də öz növbəsində bu məsələ üzərində çalışır”, - diplomat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR