“Riqoletto” operasında Serbiya, Özbəkistan və Azərbaycan birgə çıxış edəcək

“Riqoletto” operasında Serbiya, Özbəkistan və Azərbaycan birgə çıxış edəcək
# 06 iyun 2019 11:15 (UTC +04:00)

İyunun 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operasının tamaşası keçiriləcək.

APA-nın məlumatına görə, Azərbaycan Dövlət Opera və Balet Teatrı tamaşada "Riqoletto" partiyasını ifa etmək üçün Belqrad Milli Teatrının (Serbiya) aparıcı solisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Matiç Draqutini dəvət edib.

Hersoq rolunda isə Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrının solisti, Özbəkistanın xalq artisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Ramiz Usmanov çıxış edəcək.

Opera tamaşasında əsas partiyalardan biri olan Cilda partiyasını Azərbaycanın əməkdar artisti İnarə Babayeva ifa edəcək.

Tamaşada həmçinin Azərbaycanın xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artist Tural Ağasıyev, solist Nina Makarova və başqaları çıxış edəcəklər.

Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR