Şair Fuad İslamoğlunun yeni kitabı çap olunub

Şair Fuad İslamoğlunun yeni kitabı çap olunub
# 08 avqust 2022 16:40 (UTC +04:00)

Şair-publisist Fuad İslamoğlunun yeni kitabı - “Qisasımız qiyamətə qalmadı” adlı şeirlər toplusu işıq üzü görüb.

APA xəbər verir ki, bu, şairin sayca beşinci kitabıdır.

Şeirlər toplusu şəhidlərin əziz xatirəsinə ithaf olunub. Kitabda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Qələbədən, qürur dolu 44 günlük döyüşlərdən bəhs edilir.

Qeyd edək ki, şairin əvvəlki “Təmizlik”, “Yaşamalı dünyadı”, “Bu səs sənin səsindirmi”, “Qartal səmada tək uçur” kitabları da geniş oxucu kütləsinin marağına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR