Salman Rüşdinin “Şeytan ayələri” kitabı yenidən bestseller olub

Salman Rüşdi

© APA | Salman Rüşdi

# 16 avqust 2022 15:56 (UTC +04:00)

Salman Rüşdinin “Şeytan ayələri” kitabı "Amazon"un ən çox satılan kitabları siyahısında birinci yerdədir.

APA CNBC-yə istinadən xəbər verir ki, kitab Salman Rüşdinin Nyu-Yorkda mühazirə zamanı bıçaqlanaraq ağır xəsarət aldıqdan bir neçə gün sonra “Amazon”un bestseller siyahısında birinci olub.

“Şeytan ayələri” Ədəbi satira və Bədii ədəbiyyat, Müasir Britaniya və İrlandiya Ədəbiyyatı siyahısında ən çox satılan kitabdır. O, həmçinin ümumi “Amazon bestseller” siyahısında 11-ci yerdədir.

Qeyd edək ki, Salman Rüşdi bir neçə gün öncə Nyu-Yorkda mühazirə oxuyarkən bıçaqlanıb. Dünən süni nəfəs aparatından ayrılan yazıçının vəziyyətinin nisbətən yaxşı olduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR