Səməd Behrəngi adına mükafat 8-ci dəfə təqdim edilib

Səməd Behrəngi adına ədəbi mükafatın 8-ci təqdimat mərasimi

© APA | Səməd Behrəngi adına ədəbi mükafatın 8-ci təqdimat mərasimi

# 21 iyun 2022 11:59 (UTC +04:00)

Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda Birliyin Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının təsis etdiyi Səməd Behrəngi adına ədəbi mükafatın sayca 8-ci təqdimat mərasimi keçirilib.

Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyindən (AYB) məlumat verilib.

Qeyd olunub ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqə üzrə katibi Səlim Babullaoğlu, Ədəbiyyat Qəzetinin baş redaktoru Azər Turan, tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəlilov, tanınmış şairə Nəsibə İsrafilqızı, ədəbiyyatşünas Zöhrə Əsgərova, Fəxrəddin Ziya, Varlıq jurnalının baş redaktoru məhəmmədrza Heyət, Güney Azərbaycanın tanınmış ədəiyyatçısı Məsud Haray, tanınmış tədqiqatçı Həsən Kərimzadə, Azərbaycanın Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına mədəniyyət mərkəzinin rəhbəri Samir Abbasov və Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına institutunun aparıcı elmi işçisi, Kərimulla Məhəmmədzadə təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR