“Şərqin Eynşteyni – Əli Cavan” kitabı işıq üzü görüb

“Şərqin Eynşteyni – Əli Cavan” kitabı işıq üzü görüb
# 12 iyun 2019 10:22 (UTC +04:00)

Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, akademik Çingiz Qacarın və Nazilə Soltanovanın həmmüəllifi olduğu “Şərqin Eynşteyni – Əli Cavan” kitabı rus dilində çapdan çıxıb.

APA-nın məlumatına görə, dünya şöhrətli həmvətənimiz, qaz (neon gel) lazerinin ixtiraçısı, “Şərqin Eynşteyni”, “lazerin atası” adlandırılan Əli Cavanın həyat və yaradıcılığına həsr edilən vəsaitin redaktoru və dizayneri Leyla Qarayevadır.

Bioqrafik xarakter daşıyan nəşr Əli Cavanın müxtəlif dövrlərdə çəkilən fotoları ilə müşaiyət olunur.

Qeyd edək ki, Ə.Cavan elm sahəsinin ən nüfuzlu “Albert Einstein World Medal of Science” mükafatına layiq görülüb. Rabitə sahəsindəki bütün texnoloji quraşdırma, materialların işlənilməsi, tibb və digər sahələrdəki informasiyaların saxlanılması, ötürülməsi alimin kvant elektronikası sahəsindəki kəşfi nəticəsində çalışır. Elm dünyasının 100 dahisi siyahısına düşən Əli Cavan Massaçusets Universitetinin professoru olmaqla yanaşı, ABŞ Elmlər Akademiyasının, Amerika Elmlər və İncəsənət Akademiyasının, həmçinin Triestsk Elmlərin İnkişafı Fondunun üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR