“TEAS Press”in keçirdiyi roman müsabiqəsinin nəticələri bəlli olub - FOTO

“TEAS Press”in keçirdiyi roman müsabiqəsinin nəticələri bəlli olub - FOTO
# 15 dekabr 2022 13:19 (UTC +04:00)

“TEAS Press” Nəşriyyat evinin gənc yazıçılara dəstək məqsədilə təşkil etdiyi “Gənclərin roman müsabiqəsi”nin nəticələri bəlli olub.

APA xəbər verir ki, mükafatlandırma mərasimi "LİBRAFF”ın ˝Park Akademiya˝ filialında keçirilib.

Mərasimdə ölkənin tanınmış ədəbiyyat və incəsənət adamları, media mənsubları iştirak edib.

"TEAS Press” Nəşriyyat evinin və "LİBRAFF" kitab mağazaları şəbəkəsinin icraçı direktoru Nicat İbrahimov bu cür müsabiqə və layihələri bundan sonra da davam etdirmək niyyətində olduqlarını qeyd edib.

Daha sonra münsiflər heyəti müsabiqənin ümumi gedişatı barədə təəssüratlarını bölüşüblər.

Çıxışlar yekunlaşdıqdan sonra qaliblərin adları elan olunub.

3-cü yerin qalibi "Xanədan” romanı ilə İsmayılov Pərvin, 2-ci yerin qalibi "Nikolas Bonnet – Şərqə aparan hekayə" romanı ilə Həmzəyev Seymur olub.

Müsabiqənin qalibi isə “Gecənin ən qaranlıq anı” romanı ilə Əşrəfov Əşrəf olub. Qalib roman fantastik janrda yazılıb. Və hadisələr Gəncədə baş verir. Romanda mərkəzi obraz "milli vanpir"dir.

Üçüncü yerin qalibinə 1000 AZN, ikinci yerin qalibinə 1500, qalib roman müəllifinə isə 2000 AZN mükafat verilib. Həmçinin sözügedən roman TEAS Press Nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində həmin kitabın təqdimatı keçiriləcək.

Mükafatlandırma mərasimi bitdikdən sonra "TEASS Press" nəşriyyat evi tərəfindən Xalq şairi Ramiz Rövşənin doğum günü münasibətilə məktəblilər arasında "Ramiz Rövşən" qiraət müsabiqəsi elan edilib. Müsabiqənin təfərrüatları yaxın zamanda mediaya açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR