Türk dünyası mədəniyyət paytaxtlarının Şuşa şəbəkəsi yaradılacaq

# 09 fevral 2023 15:25 (UTC +04:00)

Türk dünyası mədəniyyət paytaxtlarının Şuşa şəbəkəsi yaradılacaq.

APA xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nında əksini tapıb.

Tədbirlər Planına əsasən, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 2023-cü il may-iyun aylarında Türk dünyası mədəniyyət paytaxtlarının Şuşa şəbəkəsinin yaradılması və ilk görüşünün keçirilməsini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR