Ulucay Akifin şeirləri İspaniyada dərc olunub

Ulucay Akifin şeirləri İspaniyada dərc olunub
# 08 avqust 2022 14:13 (UTC +04:00)

Kulis.az-ın baş redaktoru, şair Ulucay Akifin şeirləri İspaniyada dərc olunub.

APA xəbər verir ki, “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində yeni yaradılan “Azərbaycan şairləri” bölməsində şair Ulucay Akifin ispan dilinə tərcümə olunmuş “Kölgə”, “Sual”, “Sevgi marşı” şeirlərini dərc edib.

Şeirlərin tərcüməsi Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyevaya, bədii redaktoru isə İspaniyanın filoloq alimi Eva Kontrerasa aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR