Vulf Dornun Bakıda kitab təqdimatı keçirilib - FOTO

Vulf Dornun Bakıda kitab təqdimatı keçirilib - FOTO
# 04 fevral 2023 15:33 (UTC +04:00)

Almaniyalı bestseller yazıçı Vulf Dornun Azərbaycanda kitab təqdimatı baş tutub.

Kulis.az xəbər verir ki, "LİBRAFF" kitab mağazalar şəbəkəsi və "TEAS Press" nəşriyyat evinin təşkilatçılığı ilə keçirilən imza günü və yeni tərcümə olunmuş "21 kölgə yoldaş" kitabının təqdimatı bu gün və sabah davam edəcək.

Qeyd edək ki, ilk imza günü bu gün saat 14:00-dan axşam saatlarına kimi LİBRAFFIN "Park Akademiya" filialında, ikinci imza günü isə sabah saat 14:00-dan axşam saatlarına kimi "Gənclik Mall" filialında baş tutacaq.

İmza günündə iştirak sərbəstdir və heç bir qeydiyyat tələb olunmur. Müəllifin kitabları LİBRAFF kitab mağazalarından əldə edə və ya online sifariş verə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR