Çingiz Abdullayev Bakıda Dronqoya heykəl qoyulmasını təklif edir

Çingiz Abdullayev Bakıda Dronqoya heykəl qoyulmasını təklif edir
  • Clock-gray 15:05
  • calendar-gray 16 Sentyabr 2019

"Yaxşı olardı ki, Bakıda Dronqoya heykəl qoyulsun".

APA-nın məlumatına görə, bu təkliflə oxucuların suallarını cavablandıran Xalq yazıçısı Çingiz Abdullayev çıxış edib.

Onun sözlərinə görə, dünyanın iki şəhərində Dronqo adında  restoran var: "Mən istərdim ki, Bakıda onun heykəli qoyulsun. Dünyada bu cür təcrübə var, Artur Konan Doylun qəhrəmanı Şerlok Holmsa da heykəl qoyulub".

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date