“Peşəkar aktyorluq dərsləri” kitabı nəşr olunub

 “Peşəkar aktyorluq dərsləri” kitabı nəşr olunub
# 02 aprel 2018 10:50 (UTC +04:00)

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli rus aktyoru və teatr nəzəriyyəçisi Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” kitabı çapdan çıxıb.

Mərkəzdən APA-ya verilən xəbərə görə, kitaba müəllifin ABŞ-da keçirdiyi mühacirət illərində (1935-1954) yaradıcılıq studiyasında oxuduğu mühazirələri daxil edilib. Aktyorluq peşəsinin sirlərini, səhnə həyatının pərdəarxasını yüksək məharətlə açan mühazirələrdə bu çətin sənətin zirvəsinə aparan yollar, yüksək səhnə peşəkarlığının qazanılması metodları dərin təhlillər və araşdırmalarla izah olunur.


Kitab teatr, rejissor, aktyor sənətinin tədrisi, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR