“Azərbaycan hekayələri” kitabı Londonda işıq üzü görüb

“Azərbaycan hekayələri” kitabı Londonda işıq üzü görüb
# 22 may 2018 12:05 (UTC +04:00)

Azərbaycan Tərcümə Mərkəzinin növbəti beynəlxalq nəşri - müasir Azərbaycan ədəbiyyatının dolğun mənzərəsini əks etdirən “Azərbaycan hekayələri” kitabı Böyük Britaniyada işıq üzü görüb.

Mərkəzdən APA-ya verilən məlumata görə, Əbdürrəhim bəy Haqverdiyev, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Anar, Vaqif Nəsib, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Seyran Səxavət, Məmməd Oruc, Kamal Abdulla, Aqil Abbas kimi tanınmış Azərbaycan ədiblərinin hekayələri toplanan kitabın redaktoru ingilis filoloqu, yazıçı-tərcüməçi Anne Thompson, “Ön söz”ün müəllifi “British Council Azərbaycan” ofisinin direktoru, filoloq Elizabet Uaytdır.

Kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR