Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək

Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək
# 04 may 2018 09:38 (UTC +04:00)

2018-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı təqdim olunmayacaq.

APA-nın məlumatına görə, bu barədə Nobel Fondunun yaydığı press-relizdə deyilir.

Məlumatda bildirilir ki, Nobel Fondu İsveç Akademiyasının ədəbiyyat sahəsində 2018-ci il üzrə Nobel mükafatının təqdimatının təxirə salınması qərarını dəstəkləyir. Mükafatın 2019-cu ildə verilməsi nəzərdə tutulub.

İlkin məlumata əsasən mükafatın təqdim olunmasının bu il təxirə salınmasının səbəbi İsveç Akademiyasının üzvlərindən birinin həyat yoldaşına qarşı irəli sürülən cinsi təcavüz ittihamı və mükafata namizədlər haqqında məlumatların sızdırılmasıdır.

Qeyd edək ki, bir müddət əvvəl akademiya üzvü, şair Katarina Frostensonun həyat yoldaşı Yan Klod Arnault 18 qadına qarşı seksual sataşmalarda ittiham edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR