Ukrayna yazıçıları Tərcümə Mərkəzində olub

Ukrayna yazıçıları Tərcümə Mərkəzində olub
# 06 iyun 2018 14:00 (UTC +04:00)

İyunun 6-da Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenkonun başçılığı ilə Ukrayna yazıçıları heyəti Tərcümə Mərkəzində olub.

Mərkəzdən APA-ya verilən məlumata görə, görüş zamanı son illər Azərbaycan – Ukrayna ədəbiyyatları arasında qurulan sıx əlaqələrdən, ötən il Ukraynada işıq üzü görmüş "Müasir Azərbaycan poeziyası", həmçinin Azərbaycanda nəşr edilmiş “Ukrayna ədəbiyyatı antologiyası”ndan söz açılıb, bu nəşrlərin xalqlar arasında dostluq və qardaşlıq tellərinin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətindən danışılıb.

Azərbaycanda ilk dəfə qonaq olan Ukrayna yazıçıları Bakının müstəsna gözəlliyindən, Ukrayna – Azərbaycan xalqları arasında doğmalığın dərin köklərindən danışaraq, mövcud ədəbi əlaqələrin hər iki ölkənin ədəbiyyatına misilsiz töhfələr verdiyini bildiriblər.

Sonda yazıçılar qədim Kiyev memarlıq mədəniyyətinə həsr olunmuş nəfis tərtibli “Kiyev Sofiyası” kitabını Mərkəzə hədiyyə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR